Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

"Muzdluların əksəriyyəti Ukraynaya Polşadan gəlib" -Rusiyalı general

"Muzdluların əksəriyyəti Ukraynaya Polşadan gəlib" -    Rusiyalı general
Muzdluların əksəriyyəti Ukraynaya Polşa, Kanada və ABŞ-dan gəlib. 
Yenixeber.org:  Bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-leytenant İqor Konaşenkov deyib.
- Bu gün biz bu statistik məlumatları açıqlayacağıq. Beləliklə, Avropa ölkələri arasında Polşa həm muzdluların gəldiyi, həm də ölü sayına görə şəksiz liderdir. Xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukraynaya 1831 nəfər gəlib, onlardan 378 nəfəri artıq məhv edilib və 272 muzdlu vətəninə qayıdıb. Onlardan 504-ü Rumıniiyadan gəlib, 102-si ölüb, 98-si isə geri qayıdıb. Üçüncü yerdə isə Böyük Britaniyadır: 422 gəliş, 101 ölüm, 95 geri qayıdan, - Konaşenkov deyib.

Onun sözlərinə görə, bu siyahıda Amerika qitəsindən Kanada liderlik edir: 601 nəfər gəlib, 162 nəfər öldürülüb, 169 nəfər isə sağ qalıb. İkinci yerdə ABŞ qərarlaşıb: 530 nəfər. 214-ü öldürülüb, 227 nəfər isə geri qayıdıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam