Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

“Rusiya qəsdən nəzarət etdiyi Donetski atəşə tutur” -Müharibə Araşdırmaları İnstitutu

Rusiya qoşunları bölgədə Ukraynameyilli əhvalın qarşısını almaq və qondarma respublikalarda səfərbərliyi gücləndirmək üçün işğal altındakı Donetski atəşə tutaraq günahı Ukrayna Silahlı Qüvvələrinin üzərinə yıxır.

Yenixeber.org: Bu barədə Müharibə Araşdırmaları İnstitutunun (MAİ) gündəlik təhlil məlumatında qeyd olunub.

Belə ki, iyunun 15-də hələ 2014-cü ildən Rusiya dəstəkli separatçı qüvvələrin nəzarəti altında olan Donetsk və Makiyivka şəhərlərinin sakinləri mülki infrastrukturun şiddətli atəşə tutulduğunu bildiriblər. “Donetsk Xalq Respublikası”nın (“DXR”) rəhbərliyi zərbələrdə Ukrayna qoşunlarını ittiham edib.

Lakin, analitiklərin qeyd etdiyi kimi, “DXR”in bu bəyanatını sosial şəbəkə istifadəçiləri, həmçinin Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi təkzib edib. Onlar bildiriblər ki, atəş, ehtimal ki, Rusiya qoşunları tərəfindən anti-Ukrayna əhval-ruhiyyəsini təbliğ etmək və işğal olunmuş ərazilərdə səfərbərliyi təşviq etmək üçün gerçəkləşdirilib.

MAİ təxribat hücumlarının rusiyalıların Qərbin Ukraynaya hərbi yardımının artırılmasına cavab olduğunu güman edir.

Həmçinin bildirilib ki, Rusiya qoşunları Severodonetsk və onun ətrafına quru hücumlarını davam etdirib, ancaq iyunun 15-nə olan məlumata görə, “Azot” sənaye zavodunu hələ ələ keçirməyib və şəhərə tam nəzarəti bərqərar edə bilməyib.

Qeyd edək ki, Müharibə Araşdırmaları İnstitutu (ing. “Institute for the Study of War”; ISW) 2007-ci ildə amerikalı hərbi tarixçi Kimberli Kaqan tərəfindən qurulan beyin mərkəzidir. İnstitut müdafiə və beynəlxalq münasibətlər sahəsində tədqiqatlar aparır. Beyin mərkəzinin qərargahı ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam