Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Naxçıvanlılar Prezidentə müraciət etdi-SƏBƏB

Naxçıvan Muxtar Respublikasından köçüb Bakı, Sumqayıt və digər yerlərdə yaşayan vətəndaşlar ölkə başçısına müraciət edərək kömək istəyiblər.
Yenixeber.org: Müraciətə imza atan naxçıvanlılar Bakıdan Naxçıvana olan təyyarə biletlərinin qiymətinin aşağı salınmasını xahiş ediblər.
Müraciətdə deyilir:

“Hörmətli, Cənab Prezident!


Öncə Sizə - Müzəffər Ali Baş Komandana vətən torpaqlarını işğaldan azad etdiyiniz, xalqımızı qürura qovuşdurduğunuz üçün dərin minnətdarlığımızı bildirir, sağlamlıq arzulayırıq.
Cənab Prezident, Sizə müraciət etməyimizin səbəbi Naxçıvana təyyarə bileti qiymətinin yüksək olmasıdır. 

İndi Bakıdan Naxçıvana gedib-qəlmək 140-150 manata başa gəlir.

Bu, az maaş alanların, xüsusilə, təqaüdçülərin maddi durumuna çox ağır təsir edir və onların haqlı narazılığına səbəb olur.

Yeganə nəqliyyat vasitəsinin təyyarə olmasına rəğmən, çox sayda soydaşımız maddi sıxıntı üzündən xeyirdə-şərdə iştirak etmir, müqəddəs dini bayramlarda belə yaxınlarını ziyarətə gedə bilmir. 

Cənab Prezident! Sizdən xahiş edirik ki, Naxçıvana avtobus və qatarla gediş-gəlişin bərpasına qədər təyyarə biletinin qiymətinin aşağı salınması üçün dövlət qurumlarına göstəriş verəsiniz.

Hesab edirik, təyyarə biletinin qiymətinin aşağı salınması həm blokada şəraitində yaşayan naxçıvanlılar, həm də, Bakıdan Naxçıvana getmək istəyən vətəndaşlarımızın rəğbətinə səbəb olar.

Cənab Prezident! Əvvəlcədən Şəxsinizə təşəkkür edirik”.
Xatırladaq ki, "Azərbaycan Hava Yolları" şirkəti (AZAL) bu yaxınlarda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin qiymətini 50 manatdam 60 manata qaldırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam