Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

AZƏRBAYCANDA MEYMUNÇİÇƏYİ VİRUSU QEYDƏ ALINIB? –Rəsmi AÇIQLAMA

"Dünyada meymunçiçəyi virusuna yoluxan xəstələrin sayı artsa da, Azərbaycanda həmin virusa yoluxma halı qeydə alınmayıb".

Yenixeber.org:  Bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Onun sözlərinə görə, meymunçiçəyi virusu ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının istər ölkə, istərsə də Avropa Bürosu ofisləri ilə mütəmadi olaraq təmasdadırlar: "Azərbaycanda meymunçiçəyi virusunun yayılmasına şərait yaradan amillər yoxdur. Ümid edirik ki, əhalinin gigiyenik qaydalara riayət etməsi həmin virusun ölkəmizdə yayılmasına imkan verməyəcək”.

Qeyd edə ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada indiyədək meymunçiçəyi ilə bağlı 780 yoluxma faktının qeydə alındığını açıqlayıb.

Mayın 13-dən iyunun 2-dək laboratoriyada təsdiqlənmiş 780 meymunçiçəyi hadisəsi qeydə alınıb. Yoluxma faktı əsasən 27 ölkədə özünü büruzə verib.

Xatırladaq ki, qeyd olunan xəstəliyə ən çox yoluxma faktı Böyük Britaniyada aşkar edilib - 207. Sonrakı yerlərdə İspaniya (156), Portuqaliya (138), Kanada (58), Almaniya (57), Fransa (33), Hollandiya (31), İtaliya (20), ABŞ (19) və Belçika (12) dayanır.

Qalan 17 ölkədə isə yoluxma hallarının sayı 10-u keçməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam