Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

İranla Tacikistan birgə hərbi təlim keçirəcək

Bu məsələ İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin Tacikistan paytaxtı Düşənbədə ölkənin müdafiə naziri Şiralı Miroz ilə görüşündə müzakirə olunub.
Yenixeber.org: Tərəflər regionda və Əfqanıstandakı vəziyyəti müzakirə ediblər. M.Baqiri Tacikistanla İran arasında hərbi əməkdaşlığın vacibliyini də vurğulayıb.
O bildirib ki, iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlıqda terrora qarşı mübarizə, ikitərəfli, regional əlaqələrin inkişafı prioritet olmalıdır, bunun üçün birgə hərbi təlimlər keçirilməli və əməkdaşlıq genişləndirilməlidir.
Tacikistanın müdafiə naziri Şirali Mirzo qeyd edib ki, iki ölkənin əməkdaşlığını, İran Silahlı Qüvvələrinin terrora, mütəşəkkil cinayətkarlığa və narkotik qaçaqmalçılığına qarşı birgə mübarizəsini alqışlayırlar: “Ortaq hərbi təlimlər keçirmək, hərbi təchizatı inkişaf etdirmək iki tərəfin də üstünlük verdiyi məsələlərdəndir”.
Qeyd edək ki, M.Baqiri Ş.Mirzonun dəvəti ilə Tacikistana səfər edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam