Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Bu ölkədə ölən şəxslərin orqanları çıxarılacaq

 

   İsveçrə vətəndaşları bazar günü keçirilən referendumda qanunvericiliyə düzəlişləri təsdiqləyiblər.

Yenixeber.org: Yeni qaydalara görə, artıq ölkənin bütün sakinləri transplantasiya üçün potensial orqan donoru hesab olunurlar.

Seçicilərin 60%-dən çoxunun dəstəklədiyi orqan donorluğu ilə bağlı yeni qaydalar ölümdən sonra orqanların götürülməsi üçün xüsusi razılığın tələb olunması prinsipini ləğv edir.

İndi mərhum və ya onun yaxınları donor olmaq üçün deyil, olmamaq üçün xüsusi etiraz sənədi təqdim etməlidirlər.

Qeyd edək ki, “Swisstransplant” ianə fondunun məlumatına görə, 2021-ci ilin sonunda İsveçrədə transplantasiya üçün növbə 1434 nəfərdən ibarət olub. Eyni zamanda, il ərzində 72 xəstə donor orqanlarının çatışmazlığı səbəbindən vaxtında yardım göstərilmədən dünyasını dəyişib.

Yeni qanun məhz orqan çatışmazlığını aradan qaldırmağa yönəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam