Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Bu ölkə koronavirusla bağlı yeni plan hazırlayıb

 Avstriya hökuməti koronavirus pandemiyası başlayandan bəri üçüncü payız mövsümünə hazırlıq üçün 80-dək ekspertin iştirakı ilə müxtəlif gedişatlar üzrə menecment planı hazırlayıb.

Yenixeber.org: Plan pandemiya gedişatında dörd mümkün ssenarini əhatə edir. Səhiyyə naziri Yohannes Rax bildirib ki, “ideal hal“ adlandırılan ən yaxşı variantda məhdudiyyətlərsiz payız-qış mövsümü, “əlverişli hal”da omikron və delta mutasiyaları olduğu vaxtdakı vəziyyət və qismən məhdudiyyətlər nəzərdə tutulur. 

“Əlverişsiz hal“ yeni variantların meydana gəlməsi və əvvəlcədən nəzərdə tutulmayan templə inkişafı, ictimai-sosial həyatda məhdudiyyət və qapanmaları tələb edən vəziyyəti göstərir və bu zaman görülməsi tələb olunan tədbirlər paketini özündə ehtiva edir. “Olduqca əlverişsiz hal”da isə yoluxma hallarının yeni dalğaları, xəstəxanaların yüklənməsi və infeksiya hallarının nəzarətdən çıxması kimi ssenaridən bəhs olunur. 

Nazir bildirib ki, heç nə etmədən vəziyyətin yaxşı olacağına ümid bəsləməkdənsə, qarşıdakı payız-qış mövsümünə hazırlaşmaq lazımdır. Çünki payızda hansı yeni variantların dövriyyədə olacağını indidən müəyyən etmək mümkün deyil. 

Qeyd edilib ki, ssenarilərin hazılanmasında ötən illərin məlumatları önəmli rol oynayıb və menecment planı tam şəkildə iyun ayında hazır olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam