Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

DYP avtomobillərin jalüzləri ilə bağlı sürücülərə xəbərdarlıq edib

 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) avtomobillərin jalüzləri ilə bağlı sürücülərə xəbərdarlıq edib.

Yenixeber.org: BDYPİ-dən daxil olan xəbərdarlıqda deyilir:

"Avtomobillərin arxa yan şüşələrində örtüklərdən istifadə ilə bağlı son günlər əhali arasında aparılan müzakirələrin aktuallığını, xüsusilə internet mediada çaşdırıcı məlumatların yayılmasını nəzərə alaraq, bəzi tövsiyələri ictimaiyyətin diqqətinə çatdırmağı zəruri hesab edirik.

Əvvəla qeyd etmək lazımdır ki, ölkəmizdə tətbiq olunan standartın tələbinə əsasən, minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşələrin işıqburaxma qabiliyyəti küləyə qarşı şüşələr üçün 75 %-dən, küləyə qarşı olmayan digər yan şüşələr üçün isə 70 %-dən aşağı olmamalıdır.

Lakin, Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək nəqliyyat vasitələrinin arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir.

Hazırda qüvvədə olan qanunvericiliyə görə minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir, küləyə qarşı qabaq və küləyə qarşı olmayan digər şüşələrə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi isə qadağandır.

Odur ki, qeydiyyat hərəkətlərinin aparılması, eləcə də texniki baxış zamanı nəqliyyat vasitələrinin texniki vəziyyətinin və avadanlıqlarının yuxarıda qeyd edilən normalara və təhlükəsizlik qaydalarına uyğunluğu təmin olmalıdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam