Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Hərbi cani Köçəryanın oğlu da aksiyalara qoşuldu -VİDEO

Hərbi cani Köçəryanın oğlu da aksiyalara qoşuldu -    VİDEO
Ermənistanda vəziyyət gərgin olaraq qalır. Yerli media müxalifətin bir neçə gündür davam edən etiraz aksiyalarının kəskinləşdiyini yazıb.
Yenixeber.org: Bu gün səhər saatlarında isə müxalifət fəalları İrəvanın mərkəzi küçələrindən olan Komitası bağlayıblar. Hazırda davam edən aksiyada Ermənistanın ikinci prezidenti, hərbi cani Robert Köçəryanın oğlu Levon Köçəryan da iştirak edir.
Mitinq iştirakçıları məşəl yandırıblar. Aksiyanın keçirildiyi yerə “qırmızı beretlilər” cəlb edilib.
Onlar fəallara küçəni boşaltmağı və nəqliyyatın hərəkətinə mane olmamaq üçün 5 dəqiqə vaxt veriblər. Bundan sonra hüquq-mühafizə orqanları müxalifətçiləri ərazidən uzaqlaşdırıblar.
Etirazçılar "Nikolsuz Ermənistan" şüarları səsləndirməklə yanaşı bəyan ediblər ki, hakimiyyət bölgələrdən paytaxta gələn yolları da bağlayıblar ki, mitinqlər kütləviliyi ilə seçilməsin.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam