Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Bu ölkə də Rusiya gəmiləri üçün limanlarını bağlayır

               Norveç sərhədlərini və limanlarını Rusiya yük maşınları, o cümlədən gəmiləri üçün bağlayır.

Yenixeber.org: Xüsusilə, Norveç və Rusiya arasında yeganə keçid məntəqəsi olan Storskoq vasitəsilə Avropa İttifaqının sanksiyalar siyahısına daxil edilmiş bütün malların daşınması qadağan ediləcək. Mayın 7-dən limanlar Rusiya gəmilərinin qəbulunu dayandıracaq.

Xarici işlər naziri Anniken Huitfeldt deyib ki, məhdudiyyətlər hüquqi statusu 1920-ci il müqaviləsi ilə tənzimlənən Svalbard arxipelaqının ərazisinə şamil edilməyəcək. Norveç bütün dövlətlərə bu adalarda sərbəst fəaliyyət göstərmək hüququ verir.

Həmçinin Rusiyanın bütün balıqçı gəmiləri sanksiyalardan azad ediləcək.

Bundan əvvəl Norveç hökuməti Ukraynanın müdafiəsi üçün 400 milyon kron ayırmağı planlaşdırdığını açıqlamışdı.(NRK)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam