Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Paşinyanı dezinfeksiya etmək istəyənlər saxlanıldı -VİDEO

Paşinyanı dezinfeksiya etmək istəyənlər saxlanıldı -   VİDEO
Aprelin 25-dən başlayaraq hər gün İrəvanda hakimiyyət əleyhinə kütləvi etiraz aksiyaları təşkil edilir. 
Yenixeber.org: Yerli media polislərin hər dəfə etirazçılara qarşı güc tətbiq etdiyini yazır.
Növbəti belə etiraz aksiyası bu gün hökumət binası qarşısında baş tutub. Bir qrup müxalifətçi dezinfeksiya işçilərinin formasında hökumət binası qarşısına gələrək ora naməlum maddələr səpiblər. Onlar bununla rəmzi mənada hakimiyyəti "viruslardan" təmizlədiklərini göstəriblər.
"Qırmızı beretlilər “Azadlıq hərəkatı” üzvlərinə qarşı güc tətbiq edərək, onlardan bəzilərini həbs ediblər. Xatırladaq ki, etirazçılar hökumət binasının yaxınlığındakı ərazini dezinfeksiya etmək istəyiblər. Polis isə “Azadlıq hərəkatı”nın üzvü Ara Zöhrabyanla söhbətində aksiyanın məhdudlaşdırılmasına özünəməxsus şəkildə bəhanə göstərib. Onlar “Sizdə ətrafa səpdiyiniz naməlum maddələr var idi. Onun nə olduğunu bilmirdik” deyib", - məqalədə yazılıb.

Xatırladaq ki, “Hayastan” müxalifət bloku aprelin 25-dən İrəvanda müddətsiz etiraz aksiyalarına başlayıb. Baş nazir Nikol Paşinyanın Qarabağla, Azərbaycanla aparılan danışıqlar prosesi ilə bağlı bir neçə rezonans doğuran bəyanatından sonra etiraz aksiyalarında fəallıq yarandı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam