Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Pentaqon Kramatorska rusların raket atdığını təsdiqləyib


Pentaqon Kramatorskdakı dəmiryol vağzalında izdihamın üzərinə atılan “Toçka U” raketinin ruslar tərəfindən atıldığını təsdiqləyib.
Yenixeber.org: Bu barədə aprelin 8-də jurnalistlər üçün keçirilən qapalı brifinqdə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bildirib.
“Aydındır ki, biz rusların (bu raket hücumuna görə - red.) məsuliyyət daşımaması ilə bağlı etirazlarını qəbul etmədik. Əvvəlcə onlar zərbənin uğurlu alındığını iddia etdilər, lakin sonra nəticələri barədə məlumat verilən kimi bunu təkzib etdilər”, - Pentaqon rəsmisi bildirib.
Xatırladaq ki, ötən gün Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərindəki dəmir yolu stansiyasına raket zərbəsi endirilib. Ukrayna prezidenti Volodimir Zelenski vağzalın “Toçka-U” raketi vasitəsilə vurulduğunu bildirib. Hazırda raket hücumu nəticəsində azı 52 nəfərin öldüyü, 109 nəfərin yaralandığı bildirilir.
 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam