Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

“Human Rights Watch”:Rusiya qadağan edilmiş minalardan istifadə edib

 

“Rusiya Ukraynanın Xarkov regionunun şərqində piyada əleyhinə qadağan edilmiş “POM-3” (Medallion) minalarından istifadə edib”.

Yenixeber.org: Bu barədə “Human Rights Watch” məlumat yayıb. Bildirilib ki, minalar martın 28-də Ukraynanın partlayıcı sursatların zərərsizləşdirilməsi qrupu tərəfindən aşkarlanıb.

“Rusiyanın 16 metr radiusda insanları fərq qoymadan öldürə və ya yaralaya bilən yeni yerləşdirilmiş bu minalara malik olduğu məlumdur”, - deyə HRW-nin məlumatında qeyd olunub.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri bu minalara, eləcə də onların daşınması sistemlərinə malik deyil.

Əlavə olunub istifadə edilən model Rusiyanın yeni inkişaf etdirdiyi “POM-3” minalarının yeni versiyasıdır. Seysmik sensorlarla təchiz edilən bu minalar insanların yaxınlaşmasını müəyyənləşdirərək havada partlayır. Nəticədə minadan ayrılan qəlpələr 16 metr radiusda ölümcül təsir yarada bilir.

Qeyd edək ki, bu tip minalardan istifadə 1997-ci ildə imzalanan minaların qadağan edilməsi haqqında Ottava Razılaşması ilə qadağan edilib. Həm Rusiya, həm də Ukrayna həmin razılaşmanı imzalayan ölkələr arasındadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam