Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Cəlilabadda 5 koronavirus xəstəsi qaydaları pozub-FOTO

Cəlilabadda ictimai yerlərdə 5 koronavirus xəstəsi aşkarlanıb

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadıqları ünvanları tərk edən aktiv koronavirus xəstələri aşkar edilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, Cəlilabad rayon sakinləri M.Əliyev, X.Məmmədov, Y.Nəsirova, B.Niftullayev və E.Hüseynova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və onlara tətbiq olunan qaydalara riayət etmələri, yaşayış yerlərini tərk etməmələri tapşırılıb.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin rejimi qaydalarını kobud şəkildə pozduğu və yaşayış yerlərini tərk etdikləri müəyyən edilib və onlar tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.
Faktlarla bağlı araşdırma aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam