Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Azərbaycan dünyanın ən güclü orduları siyahısında -Ermənistanı 34 pillə geridə qoyub

Azərbaycan dünyanın ən güclü orduları siyahısında Ermənistanı 34 pillə geridə qoyub

“Global Fire Power” 2022-ci ilin ən güclü ordularının reytinqini təqdim edib.

Yenixeber.org: Reytinqdə ölkələrin orduları texnoloji üstünlük, maliyyə imkanları, logistika qabiliyyəti, insan gücü və s. kimi 50-dən çox faktora görə sıralanıblar.

ABŞ siyahıda yer alan 140 ölkə arasında 1-ci yerdə qərarlaşıb. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Rusiya və Çin tutub. Azərbaycan dünyanın ən güclü orduları arasında 63-cü yeri tutub. Ermənistan 97-ci, Gürcüstan isə 88-ci yerdə qərarlaşıb.

Siyahıda 13-cü pillədə qərarlaşan Türkiyə ordusu dünyanın ən güclü orduları arasında yer alıb. Pakistan 9-cu, İran isə 14-cü olub. Fransa 7-ci, Böyük Britaniya 8-ci, Almaniya isə 16-cı yerdə qərarlaşıb.

Siyahıda son üç yeri müvafiq olaraq Somali, Kosovo və Butan tutub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam