Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Daha üç ölkə diplomatlarını -Ukraynadan çıxarır

Yaponiya hökuməti öz vətəndaşlarının, o cümlədən səfirliyin əməkdaşlarının Ukrayna ərazisindən təxliyə edilməsi zərurətini nəzərdən keçirir.

Yenixeber.org: Bu barədə ölkənin “Kyodo” agentliyi məlumat yayıb.

“Biz ABŞ rəhbərliyinin və digər dövlətlərin bu məsələyə yanaşmasını nəzərdən keçiririk”, - agentliyin Yaponiya Xarici İşlər Nazirliyindəki mənbəsi bildirib.

***

Böyük Britaniya Ukrayna səfirliyindəki əməkdaşlarını geri çağırmağa başlayıb.

Bu barədə BBC məlumat yayıb.

Rəsmilər britaniyalı diplomatlara qarşı konkret təhdidlərin olmadığını, lakin Kiyevdə çalışan işçilərin təxminən yarısının Böyük Britaniyaya qayıdacağını bildirib.

Bundan başqa, Avstriya xarici işlər naziri Aleksander Şallenberq səfirlik işçilərinin Ukraynadan çıxarılması planının olduğunu bildirsə də, hələlik yekun qərarın olmadığını vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam