Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Silahlı Qüvvələrdə baş verən cinayətlərin -99 faizi açılıb

Silahlı Qüvvələrdə baş verən cinayətlərin 99 faizi açılıb.

Yenixeber.org: Bunu Respublika Hərbi Prokurorluğunda ilin yekunlarına dair kollegiya iclasında Baş prokurorun müavini, Respublika hərbi prokuroru Xanlar Vəliyev deyib.

O qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, ötən il də Hərbi Prokurorluğun fəaliyyəti səmərəli olub.

"Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığının təmin edilməsi, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması məqsədilə qarşıya qoyulan vəzifələr əməkdaşlar tərəfindən uğurla icra olunub. Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində cinayətlərin ümumilikdə 99 faizi, o cümlədən həyat və sağlamlıq əleyhinə olan və bəzi digər növ cinayətlərin 100 faizi açılıb", - deyə X.Vəliyev deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam