Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Bakı sakinlərinin ziyarətinə çevriləcək yeni ünvan-FOTOLAR+VİDEO

"Hacı Zeynalabdin Tağıyevin ayaqüstü heykəli, xeyriyyəçinin kresloda əyləşdiyi və karetadakı heykəlini hazırlamışdım. Münsiflər tərəfindən ayaqüstə olan heykəli təsdiqləndi. Abidə olaraq şəhərə daha çox yaraşırdı".

Yenixeber.org: Bu fikirləri Xalq rəssamı Xanlar Əhmədov deyib.

O bildirib ki, daha əvvəl iki ay müddətinə Hacı Zeynalabdin Tağıyevin birmetrlik modelini hazırlayıb: "Həmin vaxt pandemiya oldu, daha sonra isə Vətən müharibəsi başladı. Buna görə də heykəlin qoyulması bu günə təsadüf etdi".

Xalq rəssamının sözlərinə görə, heykəl 2 metr 30 sm ölçüdə, tunc və bürünc qarışığından hazırlanıb: "Hacı Zeynalabdin Tağıyev millətin atası kimi şəxsiyyətli bir insan idi. O, xalqın içində "qaynayıb-qarışsa" daha yaxşı olar deyə düşündük”.

Paytaxt sakini Südabə Səfixanova isə deyib ki, heykəlin “İçərişəhər” stansiyasının qarşısında ucaldılması böyük rəğbətlə qarşılanıb: "Mütəmadi olaraq bu yolu gedib-gəlirəm. Hər dəfə bu mənzərəni görmək çox xoş olacaq. Bu həmçinin gənclərimizə də bir örnəkdir ki, Hacı Zeynalabdin Tağıyevin simasında digər xeyriyyəçilərimizi də tanıyacaqlar”.

Qeyd edək ki, yanvarın 18-də Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib. Abidə metronun “İçərişəhər” stansiyasının qarşısında, İstiqlaliyyət küçəsində yerləşir.(report)

Operator: Vüqar Xanlarov

Montajçı: Məhəmməd Ağayev

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam