Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

“Saakaşvili çarpayıdan qalxa bilmədi"-"Aclıq aksiyasını davam etdirir"

Aclıq aksiyasının 44-cü günündə Gürcüstanın həbsdə olan eks-prezidenti Mixeil Saakaşvili xeyli zəifləyib və yataqdan qalxa bilməyib.

Yenixeber.org: Bu barədə jurnalistlərə siyasətçinin şəxsi həkimi Nikoloz Kipşidze məlumat verib:

“Saakaşviliyə baş çəkdim. Eks-prezident çarpayıdan qalxa bilmədi".

Kipşidzenin sözlərinə görə, hazırda Gürcüstanın üçüncü prezidenti həbsxana xəstəxanasının baş həkiminin nəzarəti altındadır. 

O əlavə edib ki, Saakaşvili aclıq aksiyasını davam etdirir, lakin eyni zamanda həyati parametrləri saxlamaq üçün zəruri olan dərmanların qəbulunu bərpa edib.

Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti Saakaşvilinin vəziyyətinin stabil olduğunu bildirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam