Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Sumqayıtda zavoddakı güclü partlayışla bağlı -AÇIQLAMA

Sumqayıtda zavoddakı güclü partlayışla bağlı AÇIQLAMA

Sumqayıtda ötən gün zavodda baş verən partlayışın səbəbi açıqlanıb.

Yenixeber.org: Sumqayıt Texnologiya Parkından (STP) bildirilib ki, noyabrın 9-u gecə saatlarında STP Şirkətlər Qrupunun törəmə şirkəti olan STP-AH MMC-də partlayış hadisəsi baş verib.

"Hadisə baş verən zaman ərazidə üç metaləritmə işçisi olub. Yoxlanış üçün tibb məntəqəsinə yönləndirilən əməkdaşların sağlamlığına ziyan dəymədiyi, səhhətlərinin yerində olduğu müəyyən olunub. Əmək qabiliyyəti yerində olan hər üç əməkdaş iş fəaliyyətini fasiləsiz davam etdirəcəklər.

İlkin araşdırmalar göstərir ki, hadisə zamanı texnoloji proses təlimata uyğun aparılıb, həmçinin avadanlıqlar saz vəziyyətdə olub. Hadisəyə ərimə prosesində metal tullantıların arasında, və ya içərisində olan yad cisimlərin səbəb olduğu ehtimal olunur. Belə ki, ərimə prosesi zamanı müxtəlif bərk və ya maye halında olan kimyəvi maddələrin bir-biri ilə reaksiyaya girməsinin nəticəsində yaranan təzyiqli qaz partlayışa səbəb olub. Partlayış yanğına və avadanlığın sıradan çıxmasına səbəb olmasa da güclü səsə və hava dalğasına səbəb olub", - STP-dən bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam