Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Çayxanada mübahisə bıçaqlanma ilə nəticələnib-Biləsuvarda

Ötən axşam Biləsuvar rayonunun Amankənd kəndində bıçaqlanma hadisəsi olub. 

Yenixeber.org: Belə ki, kənd sakinləri - İsa Abbasov (1990),  Tural Yəhyalı  (1992),  Sənan Yəhyayev  (1989) və Ərəstun Şahmarov  (1995 ) çayxanada olarkən onlardan birinin həmkəndliləri Qoşqar Orucovla mübahisəsi düşüb. Daha sonra Qoşqar buradan uzaqlaşıb.

Zərərçəkənlərin sözlərinə görə, bir qədər sonra onlar evə gedərkən yolda Q.Orucov qəfildən onlara bıçaqla hücum edib. Hadisə zamanı hücuma məruz qalan dörd nəfər müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb. Yaralılar Biləsuvar Rayonu Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəsarət alanlardan Ə.Şahmarov ambulator müalicəyə buraxılıb. Digər 3 nəfərin xəsarəti nisbətən ağır olduğundan xəstəxana şəraitində müalicəyə qəbul olunublar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam