Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Bakıdakı narkomanların yuvasından yeni xəbər var -Video

Bakıdakı narkomanların yuvasından yeni xəbər var - Video

Paytaxtın Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi 10 ünvanında yerləşən, tikintisi yarımçıq qalmış parklanma yerinin narkotik yuvasına çevrildiyi işıqlandırıldıqdan sonra aidiyyəti qurumlar hərəkətə keçib.

Yenixeber.org: Belə ki, narkotik istifadəçilərinin əlverişli toplanma yeri olan dəmir konteyner ərazidən kənarlaşdırılıb. Həmçinin keçilməsi çox rahat olan taxta hasarların da qısa müddət sonra yenilənəcəyi bildirilib.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, tikilinin yarımçıq qalması onun qanunsuz inşa edildiyi ehtimalını da artırır.

Tikintinin nə üçün yarımçıq qaldığı, eləcə də yol verilən qayda pozuntuları ilə bağlı əvvəlcə Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirildi ki, aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edək.

Bu qurumdan isə bildirildi ki, tikinti zamanı yol verilən qayda pozuntularına görə Fövqəladə Hallar Nazirliyinə müraciət olunmalıdır. Nazirlikdən isə zəngimizə cavab verilmədi.

Əldə etdiyimiz məlumata görə isə, ərazidə çoxmərtəbəli avtomobil dayanacağı və ictimai iaşə obyektinin tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyətinin 2 iyun 2015-ci il tarixli sərəncamı var.

Daha ətraflı Baku TV-nin süjetində:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam