Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Sabiq müdafiə naziri həbs edildi-Ermənistanda

 

Ermənistanın sabiq müdafiə naziri Tonoyan həbs edildi
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbs edilib. Kentron və Nork-Maraş rayonlarının ümumi yurisdiksiyasında baxılan işdə Tonoyanın iki aylıq həbsinə qərar verilib.
Yenixeber.org: Bu barədə Tonoyanın vəkili Sergey Ovannisyan məlumat verib. O, Tonoyan özünü təqsirli bilmədiyini və qərardan Apellyasiya Məhkəməsinə şikayət veriləcəyini açıqlayıb.
"Məhkəmənin qərarı ilə hələ tam tanış olmamışam, lakin müstəntiq həbs ərizəsi əsasında iki bənd təqdim edib: birincisi - ümumiyyətlə istintaqa mane olmaq ehtimalı, ikincisi - Tonoyanın gizlənə bilməsi".
Qeyd edək ki, dünən axşam saatlarında Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş müdafiə naziri David Tonoyanın evində axtarışlar aparıblar. "Hraparak"ın yaydığı məlumata görə Tonoyan hələlik açıqlanmayan hərbi məsələlərdə ittiham olunur. Bu proseslərlə paralel olaraq keçmiş hərbi aviasiya rəisi Avetik Muradyan və Baş qərargah rəisinin müavini Stepan Qalstyanın da mənzillərində axtarışlar aparılıb.
Xatırladaq ki, bir neçə gün öncə MTX Silahlı Qüvvələrin aviasiya idarəsinin keçmiş rəisinə qarşı cinayət işi açıb. Yüksək rütbəli ordu məmuru yararsız vəziyyətə düşmüş, istifadə müddəti başa çatmış raketləri tədarük etməkdə ittiham olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam