Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Bakıda məktəbin qarşısında -polisə tabe olmayan şəxs həbs edilib

Bakıda məktəbin qarşısında polisə tabe olmayan şəxs həbs edilib

Məhkəmə paytaxtda 60 nömrəli məktəbin qarşısında polis əməkdaşı ilə vətəndaş arasında yaranmış insidentlə bağlı qərar çıxarıb.

Yenixeber.org: Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, “Opel Astra” markalı 99-RR-384 dövlət nömrə nişanlı avtomobillin sürücüsü Şükürlü Rüstəm Umud oğlu Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni əməlinə tabe olmama) maddəsi ilə 20 sutkalıq həbs cazası verilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda 60 nömrəli məktəbin qarşısında polis əməkdaşlarının vətəndaşı saxlayarkən fiziki təzyiq etməsi ilə bağlı videogörüntülər yayılmışdı. İddia edilir ki, polislər həmin şəxsi məktəbli övladlarının gözü qarşısında saxlayarkən döyüblər.

Daxili İşlər Nazirliyinin (DİN) məlumatına əsasən, həmin zaman polis əməkdaşları vətəndaşı döyməyiblər.

Bildirilib ki, polis əməkdaşları şəxsin özünə və digər şəxslərə xəsarət yetirməsinin qarşısını almağa çalışıblar: “Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Hazırda araşdırmalar aparılır. Videoda görünən azyaşlı uşaqlar həmin şəxsin övladları deyil. Polisin vətəndaşı döyməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil. Həmin şəxs polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərdiyi üçün saxlanılıb".

Araz Əsgərli

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam