Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Bakıda müğənninin öldürülməsi xəbəri ilə bağlı -rəsmi açıqlama

Bakıda müğənninin öldürülməsi xəbəri ilə bağlı rəsmi açıqlama

Nizami Rayon Prokurorluğu Bakıda müğənninin oteldə qətlə yetirilməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Yenixeber.org: Rayon Prokurorluğundan daxil olan məlumatda deyilir:

"İyulun 16-da paytaxtın Nizami rayonunda Aygün Mirzəyevanın çox saylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Əli Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir".

Qeyd edək ki, xəsarət alan A.Mirzəyevanın müğənni olduğu bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam