Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistanı dərin enerji böhranı gözləyir

Ermənistanı dərin enerji böhranı gözləyir
İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda ciddi enerji böhranı yaranıb. Dövlət qurumları bu məsələni nə qədər ört-basdır etməyə çalışsalar da, ölkədəki elektrik kəsintilərini, qəza adı altında yaşayış məntəqələrinə günlərlə işıq verilməməsini gizlətmək mümkün deyil. 30 ildir işğal altında saxladıqları Azərbaycan ərazilərindəki eliktrik stansiyalarını istismar edən ermənilər torpaqlarımızı boşaltdıqdan sonra çox ciddi enerji böhranı ilə üz-üzə qalıblar.
Yenixeber.org: Müstəqil ekspertlərin fikrincə, Ermənistanın istifadə etdiyi elektrik enerjisinin 20%-dən çoxunu Qarabağdan verilən enerji təşkil edirmiş. Müharibədən sonra Qarabağda fəaliyyət göstərən 36 SES-dən 30-u tam olaraq Azərbaycanın əlinə keçib, 6 stansiya isə rus sülhməramlılarının nəzarəti altında olan bölgələrdədir. Onlardan çoxunun artıq yükləndiyi və avadanlıqlarının sıradan çıxdığı bildirilir.

Sülh sazişinin imzalanmasını bütün bəhanələrlə ləngidən ermənilər hazırda bütün sahələrdə dərin böhran içərisindədirlər. Enerji böhranı bu çətinliyin əsas səbəblərindən biri sayılır. Qarabağın əsl sahiblərinin qayıdışından sonra Ermənistan bu bölgədən oğurladığı enerjidən və qaçaq maldan məhrum olub.

İqtisadçılar enerji böhranının əsas səbəblərindən biri kimi həm də istifadə müddəti çoxdan bitmiş və qəza vəziyyətində olan Metsamor atom elektrik stansiyasının təmirə bağlanmasını göstərirlər. Bundan başqa, Ermənistanın özündəki SES-lərin böyük əksəriyyəti də ciddi quraqlıq, çaylarda su səviyyəsinin kəskin azalması ilə əlaqədar məhsuldarlıqlarını 60%-dən çox itiriblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam