Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Laçından qaçmış ermənilər ev tələb edir -Baş nazirin müavini onlara nə deyib?

Ermənistan Baş nazrinin müavini Mqer Qriqoryan iyulun 15-i axşam saatlarında 1-ci Qarabağ müharibəsindən sonra vaxtilə Azərbaycanın Laçın rayonunda qeyri-qanuni məskunlaşdırılmış, Vətən müharibəsi zamanı torpaqlarımızdan qovulmuş erməni sakinlərini qəbul edib.

Yenixeber.org: Erməni mediası xəbər verir ki, onlar bir həftə əvvəl hökumət evinin qarşısında etiraz aksiyası keçirmişdilər.

Qeyd edək ki, vaxtilə xüsusi məskunlaşma proqramı çərçivəsində Ermənistandan Laçına köçürülmüş bu şəxslər, 44 günlük son Qarabağ savaşından sonra yenidən Ermənistana dönüblər və vaxtaşırı paytaxt İrəvanda etiraz aksiyaları keçirirlər. Aksiyaçılar onlara ya kompensasiya, ya da Qarabağda yox, Ermənistanda-90-cı illərdə köçdükləri yaşayış məntəqələrində ev verilməsini tələb edirlər.

Aksiyaçıların sözlərinə görə hökumət onlara bir həftə -10 gün içində konkret cavab verməlidir. Mənbənin yazdığına görə, hökumət hazırda bu şəxslərə 20 min dollar civarında yardım verilməsinin mümkünlüyünə baxır. Bu vəsait yalnız ev almaq üçün nəzərdə tutulur.

Mənbə yazır ki, vaxtilə Azərbaycanın Laçın rayonu ərazisində xüsusi məskunlaşma proqramı çərçivəsində qeyri-qanuni olaraq ümumilikdə İərvan və Ermənistanın müxtəlif regionlarından 10 minədək adam məskunlaşdırılıbmış. Onlar əsasən əkinçilik və heyvandarlıqla məşğul imişlər. İndi müvəqqəti sığınacaqlar və internatlarda məskunlaşmış bu insanlar yenə də eyni şeylə məşğul olmaq istəyirlər.

“İrəvanda nə işimiz var? Bizə torpaq sahəsi olan ev lazımdır ki, əkib yaşaya bilək, əkib-bicməyə öyrəşmişik" - deyə, Armen Çomoyan adlı sakin deyib. İndi sakinlər ümid edirlər ki, hökumət bu dəfə məsələnin həllini yubatmayacaq ,nəsə bir qərar çıxaracaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam