Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu kəndə köçmək istəyənlərə -28 min avro veriləcək

Bu kəndə köçmək istəyənlərə 28 min avro veriləcək
İtaliyanın Kalabriya bölgəsinin səlahiyyətliləri yaxın gələcəkdə "ruhlar məkanına” çevriləcək kəndlərə köçmək istəyənlər üçün 28 min avroya qədər (33 min dollar) vəsait təklif etməyə hazırdır.
Yenixeber.org: Bu barədə “CNN” xəbər verib. Məlumata görə, söhbət dağlar və dənizin yaxınlığındakı yaşayış məntəqələrindən və başqa yerlərdən gedir. Təqdim olunan mükafat üçün kəndlərə gələnlərdən bölgədə kiçik biznesə başlamaları tələb olunur. Bu şəxslər ən azı 40 yaşında sakinlər olmalıdırlar. Onlar müraciətlərinin təsdiqlənməsindən sonra 90 gün ərzində Kalabriyaya köçməlidirlər.

Yerli hakimiyyət orqanları bu tədbirin bölgədə işləmək istəyən gəncləri və sahibkarları cəlb edəcəyinə ümidvardır. Layihəyə müraciətin yaxın bir neçə həftə ərzində onlayn aparılacağı gözlənilir. Yerli hakimiyyət layihə üçün artıq 700 min avrodan çox vəsait ayırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam