Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Şamaxıda -qanunsuz ov edən şəxslər saxlanılıb


 

Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Kələxana kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, araşdırma zamanı onların rayon sakinləri Kavus Şiralıyev və Hacı Məmmədov olduqları müəyyən edilib. Həmin şəxslərdən müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi, hər iki silaha məxsus 39 ədəd patron, eləcə də ovladıqları çöl quşları götürülüb.

Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində isə Qaleybuğurd kənd sakini Aqil Cəlilovdan qanunsuz olaraq saxladığı “Toz” markalı odlu silah aşkar olunaraq götürülüb.

Hər üç şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam