Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

2020-ci İL ÜÇÜN HƏDƏFLƏNƏN BU GÖSTƏRİCİLƏR REALLAŞMADI –"Azərbaycan irəli yox, geri gedib"

 

"Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası tətbiq olunduğu 7 ildə milli iqtisadiyyat irəli yox, geri gedib.
Yenixeber.org: 2012-ci ildəki start vəziyyəti ilə müqayisədə Azərbaycanda adambaşına ÜDM 1649 dollar və ya 1,34 dəfə aşağı düşüb, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac göstəricisi 2020-ci il üçün hədəflənən göstəricidən 823 dollar və ya 5,65 dəfə az olub.

Bu barədə iqtisadçı ekspert, Rutgers Universitetinin professoru Qubad İbadoğlu bildirib.

Ekspert xatırladır ki, Azərbaycan bu dövrdə neft-qaz satışından 100 milyard dollardan çox gəlir əldə edib:

29 dekabr 2012-ci ildə təsdiqlənən və 2013-cü ildən tətbiqinə başlanan “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında qeyd olunurdu ki, "dövrün sonuna Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi iki dəfə artaraq 13000 ABŞ dollarına, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 ABŞ dollarına çatacaq".

Dövrün sonuna çatdıq, artıq bu sənədə yekun vurmağın zamanı gəlib. 2019-cu ilin yekunlarına olan son məlumata görə, İnkişaf

Konsepsiyasında hədəflənən hər 2 vacib göstərici üzrə vəziyyət belədir.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, əhalinin hər nəfərinə düşən ÜDM 8247 manat və ya 4851dollar olub. Bu göstərici hədəflənən səviyyədən 8149 dollar və ya 2,7 dəfə azdır, hətta 2012-ci ildəki start vəziyyəti ilə müqayisədə Azərbaycanda adambaşına ÜDM 1649 dollar və ya 1,34 dəfə aşağıdır.

DSK-nın ötən ilin yanvar-noyabr aylarına olan son məlumatına görə, qeyri-neft ixracı faktiki qiymətlərlə 1,78 milyard dollar təşkil edib ki, bu da həmin tarixə qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac göstəricisi 177 dollar olub ki, bu da hədəflənən göstəricidən 823 dollar və ya 5,65 dəfə azdır".

Qubad İbadoğlu vurğulayıb ki, İnkişaf Konsepsiyasının icrasına başlandığı 2012-ci illə müqayisədə Azərbaycan irəli yox, geri gedib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam