Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

“QÜDRƏTLİ -DÖVLƏT NAMİNƏ”

“Qüdrətli dövlət naminə” -

Vergilər Nazirliyi cəmiyyətdə vergi ödəmə vərdişlərinin formalaşdırılması, ölkədə vergi mədəniyyətinin yüksəldilməsi istiqamətində təbliğat, məlumatlandırma və maarifləndirmə işlərini davam etdirir. Bu məqsədlə son dövrlərdə nazirliyin təşəbbüsü ilə bir neçə sosial reklam çarxı hazırlanıb.

Yenixeber.org: Sosial reklam çarxlarında Vergilər Nazirliyi tərəfindən vergilərin hara və nəyə xərclənməsi barədə həmin vergiləri ödəyənlərin daha ətraflı məlumatlandırılması, bu sahədə şəffaflığın təmin edilməsi obrazlı şəkildə ifadə olunub.

Sosial çarxların süjetləri real hadisələr əsasında qurulub və müxtəlif peşə sahiblərinin fədakar fəaliyyətinə həsr edilib. Bu məqsədlə təhlükəsiz, sağlam, qayğıkeş və savadlı dövlət naminə kimi əsas çağırışlardan istifadə olunub.

Vergilər Nazirliyi sosial çarxları kommunikasiya vasitələrində yayımlamaqla vergilərin ödənilməsinin vacibliyini, cəmiyyətdə ictimai dəstəyin artırılmasına nail olmağı qarşıya məqsəd qoyub.

Bu günlərdə Vergilər Nazirliyi tərəfindən sayca 4-cü olan “Qüdrətli dövlət naminə!” çağırışı ilə hazırlanmış növbəti sosial reklam çarxı hazırlanıb. Bu dəfə süjet xətti olaraq oyun zamanı öz yoldaşları tərəfindən kənarda saxlanan, əsgərlərin onu komanda şəklində oyuna cəlb etməsi ilə futbol oynamaq istedadı üzə çıxan azyaşlı uşağın həyat hekayəsi əsas götürülüb.

Süjet xəttində vurğulanır ki, qəhrəman olmaq heç kimin borcu deyil, lakin vətəndaşlıq mövqeyini hər bir kəs hər zaman nümayiş etdirməlidir.

“Qüdrətli dövlət naminə” sosial reklam çarxının iyul ayında mərkəzi televiziya kanallarında və sosial şəbəkələrdə yayımlanması nəzərdə tutulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam