Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Nabranda itən uşaq bir gün kolların arasında qalıb - Təfərrüat

 

Nabranda itən uşaq bir gün kolların arasında qalıb - Təfərrüat
Ötən gün Xaçmaz rayonunun Nabran qəsəbəsində itən 3 yaşlı uşaq kolların arasından tapılıb.
Yenixeber.org:Bu barədə Xaçmaz rayon Nabran qəsəbəsinin icra nümayəndəsi Nəzakət İsgəndərova məlumat verib. Onun sözlərinə görə, 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu olduqları ərazidən 100 metr aralıda aşkar edilib.

“Uşaq çox uzağa getməyib. Olduqları ərazidən 100 metr aralıda kolların içərisinə düşüb və orada bir sutka qalıb. Uşaq tapılan kimi Nabran qəsəbəsində həkimlər tərəfindən ambulator müayinə olunub və səhhəti yaxşıdır. Bədənində yüngül cızıqlar var. Vəziyyəti yaxşıdır, danışıb gülür. Hazırda valideynləri ilə birlikdə Bakıya gəlirlər”.

Qeyd edək ki, 22 iyul tarixində Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu bu gün axtarışların aparıldığı ərazidə sağ-salamat tapılaraq ailəsinə təhvil verilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam