Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Türkiyənin “turizm cənnəti” -Alanyadan REPORTAJ (FOTOLAR)

Türkiyənin “turizm cənnəti” - Alanyadan REPORTAJ (FOTOLAR)
Yenixeber.org: Türkiyənin Alanya bölgəsi tarixlə müasirliyin birləşdiyi yerdir. Antalyanın vilayəti olan Alanya turizm bölgəsi kimi dünyada məşhurdur. Ağ dənizin sahilində yerləşən bu bölgəyə hər il 4 milyona yaxın turist gəlir. Nəticədə bölgə turizm mövsümündə 4 milyard dollar gəlir əldə edir.
Dünyanın müxtəlif yerlərindən gələn turistlər Alanyada həm də özlərinə mülk alırlar. "Turizm cənnəti"ndə ev sahibi olanlar arasında azərbaycanlılar da var. Belə ki, ötən il 47 azərbaycanlı burada özünə mülk alıb. Ümumilikdə isə Alanya şəhərində 190 azərbaycanlının evi var. Eyni zamanda Alanyada 27 azərbaycanlı ortaq şirkətə sahibidir.



Alanyada il ərzində havanın temperaturunun isti olması əcnəbilərin bura maraq göstərməsinə səbəb olur. Məlumata görə, 40 min xarici vətəndaş Alanyada şəxsi mənzilə sahiblənib. Burada evlərin qiyməti yerləşmə yerinə görə fərqlənir. Mənzillərin satış qiyməti 30 min avro ilə 1 milyon avro arasında dəyişir. 



Alanyada turistlərin dincləməsi üçün hər cür şərait yaradılıb. Həmçinin tarixi yerləri görmək istəyənlər Qızıl qüllə və onun ətrafında olan ərazilərlə tanış ola bilərlər. Həmin yerə qalxmaq üçün ötən il kanat quraşdırılıb. 7 ayda kanatdan 300 min sərnişin istifadə edib. Qiyməti isə 1 lirədir. 































Anar Kəlbiyev(azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam