Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Gah yol çəkir, gah da lift quraşdırır... -Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı


Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu sərnişin liftlərinin alınması, quraşdırılması və İnstitutun laboratoriya otaqlarının və dəhlizinin, sanitar qovşaqlarının cari təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Yenixeberorg.com-un məlumatına görə, tenderin qalibi "Harmony İndustrial Construction and Engeering Group” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 735 839,15 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, 28 fevral 2005-ci ildə qeydiyyata alınan "Harmony İndustrial Construction and Engeering Group” MMC-nin qanuni təmsilçisi Orucov Əlövəst Bilal oğludur. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı isə Ceyhun Hacıbəyli küçəsi, ev 52, mənzil 20-də yerləşir.
Əlövsət Orucov həm də "A-Marble” və "Piramida-2001” şirkətlərinin qanuni təmsilçisidir. Bu şirkətlər də "Harmony İndustrial Construction and Engeering Group” MMC-nin yerləşdiyi hüquqi ünvanda qeydiyyatdadır.
Sözügedən şirkətlər, o cümlədən "Harmony İndustrial Construction and Engeering Group” MMC haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Əlövsət Orucov barəsində də məlumatlar məhduddur.
Maraqlıdır ki, "Harmony İndustrial Constrcuttion and Engeering Group” MMC ən müxtəlif satınalma predmetləri üzrə keçirilən tenderlərin qalibi seçilir. Yəni, şirkətin konkret olaraq hansı sahə üzrə ixtisalaşdığı məlum deyil. Məsələn, şirkət gah tibbi avadanlıqlar satır, gah inzibati binalarda təmir işləri həyata keçirir, gah yol çəkir, gah da lift quraşdırır. Hətta bəzi hallarda elektrik xətlərinin çəkilməsi ilə bağlı tenderlərin qalibi olur.
Şirkətin maddi-texniki bazasının bu layihələri həyata keçirmək üçün yetərli səviyyədə olub-olmadığı məlum deyil.
Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində fəaliyyət göstərir.(Qaynarinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam