Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Ermənisayağı ailə:Qardaş ölüb, ata naməlum, ana isə Qarabağdadır

Ermənisayağı ailə:    Qardaş ölüb, ata naməlum, ana isə Qarabağdadır  
Ermənistan cəmiyyəti Laçın dəhlizinin əvvəlki qaydada işləməsi üçün maksimum dərəcədə xəstə və uşaq amillərindən istifadə etməyə çalışır. Bir aydır ki, guya Qarabağda bəzi ağır xəstələrin dəhliz böhranına görə ölməsindən dəm vuran erməni siyasətçi və fəallar indi də uşaqların valideynsiz qaldıqlarını deyirlər.
Yenixeber.org: Buna misal olaraq “Şirak Mərkəzi” qeyri-hökumət təşkilatının rəhbəri Vahan Tumasyanın sosial şəbəkələrdəki paylaşımını göstərmək olar. O, Facebook səhifəsində foto paylaşaraq yazıb ki, “Yolun bağlanması səbəbindən 6 azyaşlı uşaq valideynsiz qalıb.
Bu dəqiqə Gümrü yaxınlığındakı kənddən qayıdırıq və 6 bacıya odun vermişik. Bu ailə Qarabağdan gəlib. Bacıların böyük qardaşı 44 günlük müharibədə öldürülüb. Ana ailəyə verilən mənzillə bağlı lazım olan müvafiq sənədləri əldə etmək üçün Qarabağa qayıdıb və məlum səbəblərdən bir aya yaxındır ki, orada qalıb. O, uşaqlarının yanına qayıda bilmir”.
Maraqlıdır ki, sosial şəbəkələrdə paylaşılan bu foto bir çox erməninin narazılığına səbəb olub. Şərhlərdə daha çox İrəvanı Yeni il bayramı üçün paytaxt meydanlarını bəzəyərək büdcə pullarının "silmək" əvəzinə bu cür ağır durumda yaşayan uşaqların yaşayışına, xarabaya bənzər evlərinə diqqət ayırmağa çağırışlar olub.
Xatırladaq ki, dekabrın əvvəlindən Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirilir. Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində təşkil olunan dinc aksiyalarda azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələb olunur. Sülhməramlılar aksiyalara görə dəhlizdə nəqliyyatın fəaliyyətini dayandırıblar. Amma yoldan humanitar məqsədlərlə istifadə olunur.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam