Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Milli azlıqlardan olan şəhidlər tanıdılacaq... –LAYİHƏ



“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsinin icrasına başlayıb.

Yenixeber.org: İB-dən verilən məlumata görə, layihənin məqsədi müxtəlif səbəblərdən unudulan 25 şəhid gəncimiz haqqında, onların ailələri ilə müsahibələrin, foto-reportajların hazırlanması, xatirələrinin əbədi tutulması, həmçinin yeniyetmə və gənclərə Azərbaycançılıq ideologiyasını təbliğ etmək, cəmiyyətdə ayrı-seçkilik, bölücülük fəaliyyətlərinə qarşı ümumi mübarizə ruhunun formalaşmasına kömək etməkdir.

İki ay müddətində icra olunacaq layihə Lənkəran, Astara və Lerik rayonlarını əhatə edəcək.

Bu rayonlara səfər edəcək İB üzvləri şəhidlərin ailələri, yaxınları, müəllimləri ilə görüşüb söhbətlərin aparacaq, reportrajlar hazırlayacaq, şəhid məzarları ziyarət olunacaq, ailələrin problemləri Arayış formasında ayrı-ayrılıqda tərtib olunaraq müvafiq dövlət orqanlarına göndərilməsi üçün donora təqdim ediləcək, yeniyetmə və gənclərdə vətənpərvərlik hissini gücləndirilməsi, onlara Vətən müharibəsi qələbəsi haqqında ayrı-ayrı şəhidlərin şərəfli döyüş yolundan nümunələr təqdim olunacaq.

Layihənin icrasında məqsəd həm də azərbaycançılığın milli birliyin təminatında rolunun ictimai-siyasi, sosial-iqtisadi, mədəni-humanitar mahiyyətinin ictimailəşdirilməsidir.

Qeyd edək ki, “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.(XəzərNews.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam