Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

“Məhsul” stadionu ilə bağlı məluamt-AHİK

 

“Yasamal” İdman Sağlamlıq Klubunun istifadəsində olan keçmiş “Məhsul” stadionu adlanan ərazi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bəyan edir ki, Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən “Məhsul” stadionunun ərazisinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilib və həmin Çıxarış indi də qüvvədədir. Bildiririk ki, adı çəkilən stadionun ərazisi ilə bağlı heç bir alqı-satqı prosesləri həyata keçirilməyib. Çünki stadion və ərazisi AHİK-in mülkiyyətindədir.

Yenixeber.org: Lakin təəssüf hissi ilə bildiririk ki, “Yasamal” İdman Sağlamlıq Klubunun sabiq direktoru Alik Həsənov “Məhsul” stadionuna saxta yolla öz adına mülkiyyət hüququ haqqında şəhadətnamə düzəltmişdir. Sabiq direktor özünün düzəltdiyi saxta şəhadətnamə əsasında dələduzluq edərək bir neçə sahibkarla əlaqəyə girmiş, onları aldatmış, stadionu müxtəlif məbləğlərə onlara satacağı barədə vədlər vermiş, bununla da heç bir hüquqi əsası olmayan əməllər törətmişdir.

Kütləvi informasiya vasitələrindən və bu cür məsələlərə fikir bildirmək istəyən ayrı-ayrı şəxslərdən xahiş edirik ki, yazılarında və fikirlərində sensasiya yaratmaqdan uzaq olsunlar, rəsmi məlumatlara istinad etsinlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam