Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

“Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu -FOTO

“Nar” “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən ikinci “YAŞAT” düşərgəsinə qatılıb.

Yenixeber.org: “Nar”ın da dəstəkçilərindən olduğu layihənin əsas məqsədi şəhid yadigarlarının gələcəyinə töhfə vermək, onların cəmiyyətə inteqrasiyasına kömək etməkdir. Mobil operator düşərgənin 4-cü həftəsində uşaqlar üçün mobil rabitə ilə bağlı interaktiv təlim təşkil edib.

“Nar”ın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundov tərəfindən keçirilən təlimdən sonra uşaqlar müzakirəyə qoşulub və  bu sahə ilə bağlı onların sualları cavablandırılıb.

Şəhid övladlarına dəstəyin vacibliyini diqqətə çatdıran Əziz Axundov: “”Nar” olaraq bizim üçün xüsusi əhəmiyyətə malik olan bu layihənin bir parçası olmaqdan qürur duyur,  uşaqların düşərgə zamanı əldə etdikləri təcrübələrin onların şəxsi inkişafına böyük töhfə verəcəyinə inanırıq”, - deyə qeyd edib.

  

“Nar” haqqında:

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam