Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

“Nar” Qaxda yenilənmiş mağazasını təqdim etdi-FOTOLAR

  

“Nar” paytaxtla yanaşı regionlarda da mərkəzlərini yeniləməklə müştərilərinə tam yeni satış və xidmət təcrübəsi təqim etməyə davam edir. Mobil operator Qax şəhəri H. Əliyev prospekti 346 ünvanında yerləşən mağazasını yeni konseptə uyğunlaşdıraraq, müştərilərin ixtiyarına verib. 

Yenixeber.org: Qeyd edək ki, “Nar” mağazasında ziyarətçilərə nömrələrin satışı, bərpası, eyni zamanda dublikatının çıxarılması da daxil olmaqla, müxtəlif növ xidmətlər təqdim edilir. Yenilənmiş “Nar” mağazasında, həmçinin mobil telefonların, müxtəlif cihazların və aksesuarların satışı da həyata keçirilir. Bir sözlə, yenilənmiş “Nar” mağazasında müştərilərin müasir üslubda məlumat və xidmət alması təmin edilib.

Qeyd edək ki, “Nar” abunəçilərinə üstün və fərqli müştəri xidməti təcrübəsi təqdim etmək məqsədilə, mağazalarında yeni konseptin tətbiqini bütün ölkə boyu davam etdirməkdədir. Mobil operatorun paytaxt və regionlar üzrə yeni konsepsiyada təqdim etdiyi mağazalarının sayı 24 olub. Sizə yaxın olan satış və xidmət mərkəzlərinin ünvanları haqqında ətraflı məlumatı nar.az/map internet səhifəsindən öyrənə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam