Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

“Nar” Çağrı Mərkəzinə daxil olmuş sorğuların 93%-i ilk zəngdən öz həllini tapıb-AÇIQLAMA

  

Yenixeber.org: “Nar”ın 777 Çağrı Mərkəzinə 2021-ci ilin ilk 6 ayı ərzində 1 milyondan artıq sorğu daxil olub və onlara ortalama 17 saniyə ərzində cavab verilib. Çağrı Mərkəzinə zəng etmiş abunəçilərin 89%-i göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib. Ümumilikdə, daxil olmuş sorğuların 93%-i ilk zəngdən öz həllini tapıb.

Bundan başqa, “Nar” rəsmi sosial şəbəkələri - “Facebook”, “İnstagram” və “Twitter” səhifələri vasitəsilə də abunəçilərinə xidmət edib və 89 mindən artıq sorğuya cavab verib. Sosial şəbəkələr vasitəsilə daxil olmuş müraciətlərin 50%-i 1 dəqiqə, 90%-i isə 10 dəqiqə ərzində cavablandırılıb. “Nar”-ın bütün sosial şəbəkələrindən daxil olan sorğularına ortalama 11 dəqiqə ərzində cavab verilib.

 

Mobil operator, eyni zamanda abunəçilərin gündəlik həyatlarına rahatlıq və çeviklik gətirmək məqsədilə daim yenilənən “Nar+” tətbiqindəki onlayn çat vasitəsilə də müştərilərinə yüksək səviyyədə xidmət göstərməkdədir. Belə ki, 6 ay ərzində daxil olmuş 96 mindən artıq sorğuya operativ cavab verilib.

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam