Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

DEPUTAT OĞLU İLƏ MİLYONLUQ MÜQAVİLƏ –Dövlət qurumu Orxan Feyziyevdən anbar icarəyə götürüb

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 5 ildi fəaliyyətə başlayıb, pilot layihələr edib - bununla bağlı normal məlumatlar yaymayıb”.

Yenixeber.org: Bunu iqtisadçı ekspert Natiq Cəfərli yazıb. O bildirib ki, Agentliyin fəaliyyəti ilə bağlı ciddi suallar var: “Əlçatan xidmət məsələsi axsayır, hələ bir nəfər tanımıram ki, Agentlikdən razılıq etsin. İndi də məlum olur ki, Agentlik Buzovna qəsəbəsində 1 illiyə ofis və anbar icarəyə götürüb - müqavilənin dəyəri 1 milyon 176 min manatdır. Agentlik obyekti ayı 98 min manata icarəyə götürüb, özü də Buzovnada”.

 

 

Ekspertin sözlərinə görə, həmin obyektin sahibi gənc bir insandır: “Orxan Feyziyev. Ola bilər ki, çox bacarıqlı, təhsilli gəncdir, amma bir məsələ var ki, Orxan bəy deputat Cavanşir Feyziyevin oğludur. Bu da Azərbaycan fenomenidir - bütün məmur, deputat, nazir uşaqları doğuşdan bacarıqlı biznesmen olurlar, həmişə tenderləri udurlar, bu "sirri" İskoç Bilim Adamları da çözə bilməz”.

Qeyd edək ki, Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə Dövlət Vergi Xidmətinin sistemində Cavanşir, Orxan və ya VÖEN-i 1404799542 ilə axtarış apardıqda "Bu ada uyğun VÖEN müəyyən edilmədi!" məlumatı çıxır.

Deputat Cavanşir Feyziyev vaxtı ilə Azərbaycanda dərman biznesi sektorunda ən iri şirkətlərdən biri olan "Avromed" QSC-nin sahibi olub. Amma 2016-cı ildə o bu şirkətdəki səhmlərini sataraq bazardan çıxıb. Şirkət bu haqda yaydığı açıqlamada deputatın 1 dekabr 2010-cu il tarixinədək “Avromed”-in direktoru vəzifəsində çalışdığı və 2016-cı ildə şirkətdəki səhmlərini satdığı bildirilib.

"azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam