Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paşinyan təşviş keçirir-SƏBƏB

 

 Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyanın sözlərinə görə, buna səbəb yüz minlərlə vətəndaşın ondan narazı olmasıdır

Yenixeber.org: “news.am” xəbər verir ki, etiraz aksiyasında iştirak edən “Adekvad” təşkilatı və partiyanın gənclər qanadının üzvlərinin həbsinə münasibət Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan jurnalistlərlə söhbətində bildirib ki, əvvəlcədən bəlli idi ki, fövqəladə vəziyyətin bir məqsədi var – insanların siyasi və vətəndaş hüquqlarını məhdudlaşdırmaq:

“Fövqəladə vəziyyət bütün dünyada ləğv edilir, amma bizdə isə əksinə bizdə tədbirlər davam edir, fövqəladə vəziyyət qorunub saxlanılıb və insanların səhhətindəki problemləri həll etmək üçün ümidləri özlərinə qalıb”.

Baş nazir Nikol Paşinyanın adının siqaret qaçaqmalçılığında hallanması da toxunan Armen Aşotyan bildirib ki, sonuncu canlı yayımından da görünür ki, Paşinyan təşviş keçirir, buna səbəb yüz minlərlə vətəndaşın ondan narazı olmasıdır:

“Hökumət insanların problemləri ilə üz-üzə qoyub. Bu adam xalqın problemlərini həll etmək üçün hakimiyyətə gəlməyib, iki il əvvəl bəzilərinə, o cümlədən bizə aydın idi, bu gün yüz minlərlə insana bəllidir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam