Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Türkiyədən ABŞ-ı qəzəbləndirəcək addım:Rusiyadan aldığı raketləri...

 

Türkiyədən ABŞ-ı qəzəbləndirəcək addım: Rusiyadan aldığı raketləri...

Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksinin ilk yerləşdiriləcəyi yer bəlli olub.

 Yenixeber.org: Təhlükəsizlik mənbələrindən verilən informasiyaya görə, batareyaların ilk ünvanı “Akıncı” (Mürted) aviabazası olacaq.

Batareyalar burada bir sıra prosedurdan keçdikdən sonra Baş qərargahın Müdafiə Nazirliyi ilə planlaşdırılmış şəkildə müəyyən etdiyi nöqtələrə göndəriləcək.

Hər iki qurumun planlaşdırmasından sonar S-400-lərin sabit məkanına da aydınlıq gələcək.

İlk mərhələdə batareyalardan birinin “Akıncı” bazasında qalması, digərinin isə Şərq və Cənub-şərqdən gələcək hər hansı təhlükəyə qarşı oradakı bir bölgəyə yerləşdirilməsi mövcud şərtlərdə ən yaxşı variant kimi dəyərləndirilir.

Qeyd edək ki, “S-400” zenit-raket komplekslərinin öyrənilməsi üçün Rusiyaya göndəriləcək heyət ilk olaraq Azərbaycana gələcək.Təlim-tədris proqramında iştirak edəcək təxminən 100 nəfərdən ibarət heyət Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan “S-300 PMU2” zenit-raket sistemlərini araşdıracaq və yazın sonunda Rusiyaya gedəcək.

Xatırladaq ki, Türkiyənin Rusiyadan silah alması NATO müttəfiqi olan ABŞ-ı ciddi narahat edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam