Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Qarabağın Azərbaycanın olduğu bəyan ediləcək- Sarkisyan deyəcək

Qarabağın Azərbaycanın olduğu bəyan ediləcək

 

Bu gün Brüsseldə Şərq Tərəfdaşlığı sammiti keçirilir

 

Yenixeber.org: Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. Sammit qlobal məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi kontekstində də diqqət çəkir. Artıq dünən sammit çərçivəsində Azərbaycan lideri ilə görüşən NATO baş katibi Yens Stoltenberq Qarabağla bağlı açıqlamalar verdi. Ermənistan prezidenti Serj Sarkisyan da sammitdə iştirak edir. Sarkisyanın Brüsselə səfəri daha çox Avropa İttifaqı və Ermənistan arasında sazişim imzalanmasına hesablanıb. Lakin Rusiyanın təzyiqləri fonunda bunun baş tutacağı ehtimalı zəifdir.

Sarkisyanın bu gün Brüsseldə Azərbaycanın ərazi bütövlüyünə məcbur dəstək verəcəyi ehtimalı isə böyükdür. Söhbət sammitdə qəbul ediləcək qətnamədən gedir. Məlumatlara görə, qətnamənin ikinci bəndində ərazi bütövlüyünə dəstək punktu yer alacaq və Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün dəstəkləndiyi qeyd olunacaq. Aİ-nin əsas hədəfi son dövrlər Avropada Kataloniyadan başlayan separatizmin qarşısının alınmasıdır. Lakin bu, həm də Şərq Tərəfdaşlığı ölkələrindən Azərbaycanın, Ukraynanın və Gürcüstanın da ərazi bütövlüyünün dəstəklənməsidir.

Ermənistan mediası yazır ki, bu, İrəvana qarşı böyük zərbə olacaq. "Bu, Şərq Tərəfdaşlığı sammitində Avropa İttifaqı ilə yeni saziş imzalamağa hazırlaşan Ermənistana böyük zərbədir", - deyə "Jamanak" qəzeti yazıb. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam