Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

“Dərdiniz başqadır, uyğun olaraq, addımlar atacağıq…”

“Dərdiniz başqadır, uyğun olaraq, addımlar atacağıq…”

 

“Bu ssenarilər qarşılığında Türkiyənin əli-qolu bağlı vəziyyətdə oturacağını gözləməsinlər”

 

Yenixeber.org: Bunu ölkə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Böyük Millət Məclisindəki fraksiyasının üzvləri qarşısında çıxışı zamanı söyləyib.

“Soçidə Rusiya və İranla üçtərəfli zirvə toplantısı keçirəcəyik. Rusiya ilə qurduğumuz bu yaxın əlaqələrdən əldə etdiyimiz nəticə çox əhəmiyyətlidir. Mərkəzi İraq hökuməti ilə də əlaqələrimiz uzun zamandan bəri olmayan dərəcədə müsbət vəziyyətdədir. Şimali İraqda yanlışlıq edilməsəydi, onlarla da gözəl əlaqələrimiz olacaqdı. Almaniya, Hollandiya, Belçika kimi ölkələr əslində ən rahat əməkdaşlıq edəcəyimiz dövlətlərdir. Ancaq bir müddətdir onlar irqçilik və əcnəbi düşmənliyinin pəncəsinə keçiblər”, -deyə o,, vurğulayıb.

R.T.Ərdoğan deyib ki, rəsmi Ankara ABŞ-ın bölgədə həyata keçirdiyi siyasətin yanlışlığından narahatdır və bunu dəfələrlə Vaşinqtonun diqqətə çatdırıblar:“Bunu bir daha diqqətə çatdırırıq. Onlar bölgəni İŞİD-dən təmizlədiklərini bildirirdilər. Ancaq hələ də silah dolu TIR-lar Suryaya daxil olur. Bu, niyə davam edir? Siz bu silahlanmanı hansı ölkəyə qarşı davam etdirisiz? Niyə bunu edirsiz? Bunların dərdi başqadır. Nəyin nə olduğunu bilirik. Buna uyğun olaraq, addımlar atacağıq. Bu ssenarilər qarşısından Türkiyənin əli-qolu bağlı oturacağını kimsə gözləməsin. İŞİD-in içi boş bir qurum olduğunu dünyaya göstərən Türkiyə olub”.

Türkiyə prezidenti Suriyada BMT-nin tanıdığı rəhbər Bəşər Əsədlə bağlı da danışıb: “Əsəd hələ də yerli yerində oturub. Demokratik tələblərlə çıxış edən müxalifət onu terrorçu adlandırır. Çox söz söylənilib, çoxlu toplantılar keçirilib, ancaq Suriyada bir nəticə ortaya qoyulmayıb”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam