Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Azərbaycanla Afrika İttifaqı arasında bir sıra sahələrdə təcrübə mübadiləsi aparılacaq(FOTO)

 

Yenixeber.org: Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Efiopiyaya səfəri çərçivəsində Afrika İttifaqının İqtisadi məsələləri üzrə komissarı Viktor Harrison və Sosial məsələləri üzrə komissarı Amira Elfadil ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Afrika İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, logistika, elm-texnika, təhsil, gənclər siyasəti, idman və təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib.

Tərəflər hələ SSRİ dövründə Afrika qitəsindən çoxsaylı tələbələrin müxtəlif sahələr üzrə Azərbaycanda təhsil aldıqlarını qeyd edərək bu sahədə əməkdaşlığın davam etdirilməsinin vacibliyinə diqqəti çəkiblər. Görüşdə Azərbaycanın multikulturalizm ənənələri, dinlər və mədəniyyətlərarası dialoq prosesinə verdiyi töhfələri və bu xüsusda Bakıda keçirilən humanitar və mədəniyyətlərarası dialoq forumlarında Afrika İttifaqının və üzv dövlətlərin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı məmnuniyyətlə vurğulanıb.

Həmçinin, Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin digər tərəfdaş təşkilatlarla birlikdə Afrika qitəsində həyata keçirdiyi humanitar layihələr, Azərbaycan ilə YUNESKO arasında fəaliyyət göstərən Etimad Fondu vasitəsilə Keniya, Tanzaniya, Uqanda və Liberiyada qızların təhsili üzrə layihələrin uğurla həyata keçirildiyi qeyd edilərək Afrika İttifaqı Komissiyasının sözügedən layihələrə tərəfdaş qismində cəlb edilməsinin vacibliyi bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin aparılması və nümayəndə heyətlərinin səfərlərinin təşkil olunması barədə razılıq əldə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam