Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

“Əgər Rusiya hərbi aqressiyaya əl atsa bu, Azərbaycan və digərlərini də əhatə edəcək...”:Rusiyalı ekspert

 

Rusiya ordusunun Belarusla birlikdə bir neçə gün sonra başlatmağa hazırlaşdığı “Qərb-2017” irimiqyaslı hərbi təlimləri Qərbdə, o cümlədən Moskvanın qonşularında narahatlıqla izlənilir.

Yenixeber.org xəbər verir ki, Qərbdə bu təlimlərin Baltik respublikalarına və Polşaya hücumun məşqi olduğunu deyənlər var. Baltik respublikaları “Qərb-2017” təlimləri ilə bağlı ciddi təşviş keçirirlər, NATO bildirir ki, Rusiya qərb müşahidəçilərinə təlimləri izləməyə icazə verməyib. Gözlənilir ki, təlimlərə 100 minlik kontingent qatılacaq. Bu, soyuq müharibənin başa çatmasından bəri ən irimiqyaslı hərbi manevrlər olmalıdır.

Əlbətdə, Ukraynada da “Qərb-2017” təlimlərini narahatlıqla izləyirlər və hesab edirlər ki, bu manevrlər Kiyev üçün ciddi problem olacaq. Ordu, tərksilah və konversiya araşdırmaları Mərkəzinin direktoru Valentin Badrak hesab edir ki, Rusiyanın bu təlimlərdə əsas kozır kartı böyük hərbi kontingentin qısa zamanda böyük məsafələrdə hərəkəti, qoşunların sürətli yerdəyişməsi və hərbi birləşmələrin mobilliyidir. 

“Rusiya Baş qərargahında hesab edirlər ki, Ukrayna məhz rus qoşunlarının çevik yerdəyişməsi qarşısında aciz qalacaq”-ekspert bildirir.

Valentin Badrak qeyd edir ki, əgər Rusiya hərbi aqressiyaya əl atmağa qərar versə bura Belarus, Gürcüstan, Azərbaycan, o cümlədən KTMT blokunun üzvləri də cəlb olunacaq. Hadisələrin bu cür inkişafı isə Rusiya üçün böyük nailiyyət olardı, çünki o, antiqərb hərbi koalisiyası yarada biləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam