Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

İranla bağlı qərar bu ayın sonuna kimi veriləcək -PROQNOZ


Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, 2023-cü ilin ilk iki günü ərzində Ukrayna səmasında vurulan İran pilotsuz təyyarələrinin sayı artıq 80-ni keçib. Ancaq buna baxmayaraq Rusiya İran istehsalı olan “Şahed-136” kamikadze dronlarından istifadə etməklə Ukraynanın mülki obyektlərinə qarşı terror hücumunu davam etdirməyi planlaşdırır.
Yenixeber.org: Bu haqda politoloq Xaqani Cəfərli FB səhifəsində yazıb:
Terrorçu teokratik rejim isə bütün dünyanı aldatmağa çalışır ki, İran Rusiyaya yardım etmir. İsrail isə İranın bütün dünyanı aldatmaq cəhdini bir dəfə artıq ifşa edib. İranın Rusiyaya yardım etiyini sübut edən əlavə məlumatların toplanması üzərində iş gedir. Mosad-ın rəhbəri David Barnea bir neçə gün öncə bəyan etmişdi ki, İran Rusiyaya qabaqcıl silahların göndərilməsini genişləndirməyə hazırlaşır. Ancaq Tehran bu fəaliyyətini tam məxfilik şəraitində həyata keçirməyə çalışır.
İranın Rusiyaya hərbi dəstək verdiyini təsdiq edən sübutların bu ayın sonuna kimi BMT Baş Assambleyasının müzakirəsinə çıxarılacağı gözlənilir. Həmin müzakirənin nəticəsi olaraq isə İranın hərbi-sənaye kompleksinin məhv edilməsi ilə bağlı qərar veriləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam