Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Ekspert:“Ermənistanın Rusiyaya qarşı münasibətinin dəyişməsi sistemli prosesdir"

 

"Ermənistanın Rusiyaya qarşı münasibətinin dəyişməsi kifayət qədər sistemli prosesdir. Buna Azərbaycan-Ermənistan sərhədində vəziyyətin növbəti gərginləşməsi zamanı nə Rusiya, nə də KTMT-nin Ermənistana dəstək verməməsi səbəb olub".

Yenixeber.org: Bunu “Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin böyük elmi işçisi, tarix elmləri namizədi Stanislav Pritçin bildirib.

O deyib ki, Ermənistan KTMT-nin zəmanətinə ümid edirdi: "Lakin gözləntiləri özünü doğrultmayandan sonra o, digər qarşılıqlı fəaliyyət formatları axtarmağa başlayıb və hətta bundan əvvəl Aİ və ABŞ ilə danışıqların gedişatını dəstəkləyib".

“Ermənistan Azərbaycanla danışıqlar prosesinin konfiqurasiyasını dəyişməklə üzərinə götürdüyü öhdəliklərlə razılaşmamağa imkan verən yeni variant axtarmağa çalışır”, - ekspert diqqətə çatdırıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Praqada Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşüb.

Görüşdən sonra Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər. Ermənistan həmçinin Azərbaycanla sərhədə Aİ mülki missiyasının göndərilməsinə razılıq verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam