Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

QARABAĞDA GƏRGİNLİK KİMƏ LAZIMDIR? –“Qarabağdakı qanunsuz silahlı dəstələr Paşinyan hökumətinə tabe deyil”

Yenixeber.org: Siyasi təhlilçi Şahin Cəfərli cəbhə xəttində baş verən gərginliyi şərh edərkən bildirib.


Onun sözlərinə görə, sülh müqaviləsi Qarabağdakı "sülhməramlı" kontingentə ehtiyac olub-olmadığı sualını gündəmə gətirəcəyi üçün burada idarəolunan gərginliyin qalması, zaman-zaman silahlı provokasiyaların baş verməsi Moskvanın marağındadır: "Konflikt situasiyasının davam etməsi sülhməramlıların qalmasını da zəruri edir və bir növ legitimləşdirir. Rusiya dünyaya bu mesajı çatdırır ki, azərbaycanlılar və ermənilər hələ də bir-birini didməyə hazırdır və mən olmasam, burada nələr baş verə biləcəyini düşünün. Bu halda Qərb də yerli ermənilərin təhükəsizlik təminatı kimi Qarabağda rus əsgərlərinin qalmasına isti baxmağa başlayır".

Ekspert hesab edir ki, bu səbəbdən tərəflər əgər həqiqətən qəti çözüm istəyirlərsə, təxribatlara mümkün qədər uymamalı, masanı devirməməli və ikitərəfli müstəvidə dialoqu davam etdirməlidir: "Lakin vəziyyəti çətinləşdirən əsas amil ondan ibarətdir ki, Qarabağdakı yerli qanunsuz silahlı dəstələr Paşinyan hökumətinə tabe deyil, hətta sabah Ermənistandan gəlmiş hərbi birləşmələr oradan çıxarılsa belə, Rusiya yenə "dqr ordusu"nun əli ilə təxribatlar törədə bilər - necə ki, bunu edir. Digər tərəfdən, Paşinyan hökumətinin dayaqları möhkəm deyil və içəridə kifayət qədər resursa malik, Rusiyaya bağlı müxalifət var. Rusiya hələ də Ermənistan daxilində destabilizasiya və xaos yaratmaq imkanındadır. Bu səbəbdən, Paşinyan hökuməti Azərbaycanla dialoqda özünü çox ehtiyatlı davranmaq zorunda hiss edir. Uzun sözün qısası, qapalı dairədən hələ ki çıxa bilmirik".



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam